Danışan tutuquşu iş adamının ailəsinin dağılmasına səbəb olub.
Medianews.az xarici mediaya istinadla bildirir ki, hadisə Vyetnamda yaşanıb.
Belə ki, tutuquşu xəyanətin üstünü açıb.
Evin xadiməsi ilə həyat yoldaşına xəyanət edən iş adamının bu əməlini tutuquşu ortaya çıxardıb.
Tutuquşunun dediklərindən şübhələnən qadın evə gizli kamera yerləşdirib və gördüklərindən şoka düşüb.
Qadın həyat yoldaşını məhkəməyə verərək ondan ayrılmasını tələb edib.
Sosial şəbəkədə yayılan bu xəbər böyük marağa səbəb olub.
Medianews.az