Vəhşi təbiətin ən amansız ovçularından olan və yemək tapmaqda çətinlik çəkən zaman yaşayış məntəqələrinə enməkdən çəkinməyən canavarlar bu dəfə girdikləri tövlədəki iri inəyi dəqiqələr içində parçalayıblar.
Medianews.az xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb.
Canavarların hücumu zamanı qaçmağa çalışan inək xilas ola bilməyib. Sosial şəbəkələrdə paylaşılan görüntülər qısa zamanda minlərlə insan tərəfindən izlənilib.
Medianews.az