Əfqanıstan, İran və Türkiyədə fəaliyyət göstərən narkotik təşkilatının kritik simalarından olan Əbdülsəlim Ərtürk Ankarada yerləşən 52 vilayətdə keçirilən əməliyyat zamanı yaxalanıb.
Medianews.az xəbər verir ki, basqın zamanı çarpayının altında gizlənən Ə.Ertürk həyat yoldaşının şübhəli davranışları nəticəsində yaxalanıb.
Ankara Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə qrupları tərəfindən bir ildir təqib edilən narkotik təşkilatına qarşı əməliyyata başlayıb. Ankarada yerləşən 52 vilayətdə eyni vaxtda həyata keçirilən əməliyyatda 2 min 841 polis əməkdaşı və 57 narkotik iti iştirak edib. Bundan başqa, xüsusi əməliyyat polisi də əməliyyatda 4 təyyarə ilə iştirak edib.
Əməliyyatla Əfqanıstan-İran və Türkiyədə fəaliyyət göstərdiyi təsbit edilən 598 nəfərdən 524-ü nəzarətə alınıb.
Medianews.az