Hazırda “Ailə” serialında rol alan türkiyəli aktyor Kıvanç Tatlıtuğ 20 bölümlük məvacibini öncədən alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun 20 milyon lirəni əvvəlcədən alması həmkarlarını da buna təşviq edib.
Aktyorlar prodüserlərə etiraz edərək qonorarlarını öncədən tələb etməyə başlayıblar.
Qeyd edək ki, Serenay Sarıkayanın da baş rolda olduğu ekran işi 13-cü bölümdə mövsüm finalı edəcək.