Zooparkda baş verən hadisə hər kəsi şoka salıb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, qəfəsə dırmaşaraq barmaqlıqlar arasında qalan uşaq qəfildən aslanların hücumuna məruz qalıb.
Belə ki, Fələstində Həməda İqtiet adlı uşaq ailəsi ilə birlikdə zooparka gedib.
Oğlan heyvanlara daha yaxından baxmaq üçün qəfəsə dırmaşıb.
Şirlər bir anda kiçik dəmir barmaqlıqlar arasında qalan balaca oğlana hücum edərək onu öldürüblər.
Uşağın ailəsi zooparkın lazımi təhlükəsizlik tədbirləri görməməsi səbəbindən uşaqlarının öldüyünü bildirib.
Təhlükəsizlik kamerası görüntülərində isə oğlanın aslan qəfəsini qoruyan kənar hasardan keçdiyi əks olunub.
Medianews.az