Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-nin canlı yayımında açıqlama verib. Mövlud Çavuşoğlu bildirib ki, Osmanlı siyasi liderlərinə və türk diplomatlarına qarşı hücumları tərifləmək üçün “Nemesis” adlı abidə ucaldıldığı üçün Türkiyənin hava məkanı Ermənistan üçün bağlanıb.
Medianews.az xəbər verir ki, Mövlud Çavuşoğlu erməni vətəndaşlarına da səslənib:
“Biz hava məkanımızı erməni təyyarələrinin üzünə bağladıq. Bunu qəbul etməyimiz mümkün deyil. Görüş üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, istisna olmaqla, ona icazə vermişik. Əgər davam etsələr, biz yeni addımlar atacağıq”.