Türkiyənin Dənizli vilayətində qardaşı oğluna və başqa uşaqlarına cinsi təcavüz etdiyi iddia edilən şübhəli ondan qaçamağa çalışan bir uşağı dönər bıçağı ilə qovub.
Medianews.az xəbər verir ki, uşağı sığındığı ərzaq mağazasında belə təqib etməyə davam edən təcavüzkar həbs edilib.
Araşdırmalar zamanı şübhəlinin telefonunda onun qardaşı oğlunun və digər uşaqların görüntüləri tapılıb. Daha əvvəl də oxşar cinayətlər törətdiyi məlum olan Ercan D.-nin telefonuna edilən baxış zamanı qardaşı oğlu S.N.Y. və S.D.-nin, eləcə də digər uşaqların görüntülərinin ələ keçirildiyi ortaya çıxıb.
Medianews.az