İnsanı şoka salan hadisə baş verib .
Medianews.az xarici mediaya istinadla bildirir ki, hadisə İndoneziyanın Kualanamu hava limanında baş verib.
Belə ki, hava limanında liftin şaxtasına düşərək həyatını itirən qadının cansız bədəni 3 gün sonra tapılıb.
Hava limanının işçilərinin hiss etdiyi pis qoxudan sonra axtarışa başlanıb və qadının cəsədi aşkarlanıb.
Mətbuata sızan təhlükəsizlik kamerası görüntülərində qadının qoşaqapılı liftdə açıq qapının fərqinə varmadığı və liftdə qaldığını düşünərək panikaya düşdüyü görülüb.
Telefonu ilə köməyə çağırmaq istəyən qadının daha sonra liftin qapısını zorla açaraq liftin şaxtasına düşdüyü məlum olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az