Aparıcı Samir Bayramlı dilənçilərdən şikayətlənib.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında video paylaşaraq dilənçilərin ona “tas” qoyduğunu deyib:
“Dilənçilərə də pul bəyəndirmək olmur. Yaxınlaşıb pul istəyirlər. Cəhd edirsən ki, nəsə verəsən. Sənə “tas” qoyurlar. Deyirlər, bu qədər verməlisən: “O boyda aparıcısan… Sənin pulun yoxdur?” Sonra da sözünü deyib, küsüb gedir”.
Qeyd edək ki, Samir Bayramlı hazırda MTV kanalında çalışır.
Ətraflı videoda: