Uzun müddətdir Şeyma Subaşı ilə birlikdə olan Məhəmməd Əlsaloussi Misirdə evlənib.
Medianews.az xəbər verir ki, sadə bir toy mərasimi keçirən Subaşının ilk işi sosial media hesabında soyadını dəyişmək olub.
2018-ci ildə Acun Ilıcalıdan boşanan Şeyma Subaşı misirli iş adamı Məhəmməd Əlsaloussi ilə 3 ildir eşq yaşayır. Uzun müddətdir toy hazırlıqlarını görən və İnstaqram hesabında detalları paylaşan Subaşı Mərakeşdə nikah masasına əyləşib.
Toydan sonra hərəkətə keçən Şeyma Subaşının ilk işi soyadını dəyişmək olub. İnstaqramda 2,9 milyon izləyicisi məşhur fenomen adını “Şeyma Alsaloussi” olaraq yeniləyib.
Cütlüyün toy mərasimindən fotolar qısa müddət ərzində sosial mediada yayılmağa başlayıb.
Medianews.az