Çərşənbə, 7 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Yeddi yaşlı uşağın ölümü qardaşının gözü qarşısında olub – Yeni DETALLAR – FOTO

Aytac
02/05/2023 12:15
189
BAXIŞ
FacebookTwitterTelegram

Aprelin 29-da Sumqayıtda azyaşlı oğlanın idman məktəbində aldığı xəsarət səbəbindən vəfat etməsi barədə yeni detallar məlum olub.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov və qardaşı iki aydır Avropa Oyunlarının bürünc mükafatçısı, idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqlərində birlikdə məşq edirmişlər.

M.Xəlilovun Fəridə qarşı təhlükəli fənd işlətməsi səbəbilə onun başının bədəninin altında qalması və boynunun qırılması Fəridin qardaşının gözləri önündə olub. Hadisə zamanı isə uşaqların anası onları qapıda gözləyirmiş.

Uşaq xəsarət aldıqdan sonra M.Xəlilov ananı çağırıb və uşağının altına sidik qaçırdığını söyləyib. Bu zaman ana yeddi yaşlı uşağın niyə sidik qaçırdığına təəccüblənib və ayaqlarının tutulduğunu görüb.

M.Xəlilov uşağın məşq zamanı halsız düşdüyünü bildirib.

Ana təcili yardım çağırmaq istəsə də, M.Xəlilov mane olub. M.Xəlilov uşağı öz qucağında piyada evə gətirib. Bu zaman uşaq qusub, sonra ana uşağı çimizdirib və görüb ki, halı yoxdur. Həmin vaxt Mehman da orada olub. Ana taksi çağırıb və uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına aparıblar. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən uşaq hərbçi olmaq istədiyi üçün anası idmana yazdırıbmış.

F.Bakarovun qohumları bildiriblər ki, uşağın anasının görüntülərdən xəbəri yoxdur:

“Təsəvvür edin ki, M.Xəlilov uşağı xəstəxanaya aparana kimi bütün Sumqayıtı taksi sürücüsünə fırladıb. Yəqin, fikirləşib ki, ölsə, bundan olmasın. Normal insan uşaqla elə davrana bilməz. Ana uşağı ilə davranış videosunu görmədiyi üçün, “işdir də, olub”, – deyir. Dünən mürdəşir bizə deyir ki, uşaq döyülüb və bədəni qançırdır. Dedik, ola bilməz. Sən demə, vəhşi kimi döyübmüş.

Uşağın əvvəlki videoları var ki, M.Xəlilov normal məşq keçdiyi zaman lentə alıb və anasına atıb. Ona görə ana uşağının ehtiyatsızlıqdan öldüyünü bilir. Həmin gün uşaq məşqə getmək istəmirmiş. Ana onu güclə aparıb. Hadisədən sonra anadan başqa ailənin digər üzvləri görüntüləri izləyiblər və ehtiyatsızlıqdan hadisənin baş verdiyini qəbul etmirlər. Onu bağışlamaq olmaz.

Sosial şəbəkələrdə onu müdafiə edirlər ki, erməniyə qalib gəlib, tutulmasın. Biz illərdir ki, dünyaya bəyan edirik ki, ermənilər uşaqlarımızı necə zülmlə öldürüblər. Amma mənim öz millətimdən olan adam uşağımızı ermənidən betər edib”.

Ailənin iki oğul övladı olub və M.Xəlilovla heç bir qohumluğu yoxdur.

Qeyd edək ki, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Xatırladaq ki, görüntülərdən aydın olur ki, M.Xəlilov təkcə Fərid Bakarova qarşı deyil, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb.

DAHA ÇOX OXU

export

Murad Dadaşovun bu halı görənləri təəccübləndirdi – FOTO

07/06/2023 20:31
Cəmiyyət

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

07/06/2023 18:15
export

TƏCİLİ: Türkiyədə təyyarə qəzaya uğradı – Yaralılar var – FOTO

07/06/2023 16:51
export

Dünyada yalnız 20 nəfər bunu bacarır – Biri azərbaycanlıdır

07/06/2023 16:25
export

Sevgilisini siçovul zəhəri ilə öldürən kişinin məhkəmədəki çıxışı hakimləri ŞOKA SALDI

07/06/2023 16:21
export

Gənc qızı qayçı ilə girov götürən şəxsi belə zərərsizləşdirdilər – ANBAAN VİDEO

07/06/2023 16:10
SON XƏBƏR

Hacı Şahinin yerinə təyin olunan şəxs KİMDİR?- DOSYE

Göbəyə yağ çəkməklə bu xəstəlikləri sağaldırlar – MÖCÜZƏVİ ÜSUL

Bakıda salınacaq bulvarla bağlı YENİ DETALLAR - Tarix AÇIQLANDI

Xəbər lenti

Murad Dadaşovun bu halı görənləri təəccübləndirdi – FOTO

07/06/2023 20:31

Əliyev “bomba”nın fitilini çəkdi: Zəngəzurda Kreml-İrəvan savaşı başlayır

07/06/2023 20:22

İran qaz qovşağı yaradır- Bu ölkələri ətrafına toplayır

07/06/2023 18:30

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

07/06/2023 18:15

“Spokoynoy noçi, malışi”nin yaradıcısı vəfat edib

07/06/2023 17:55

Sosial şəbəkədən istifadə edənlərin NƏZƏRİNƏ! – 5 min manat CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

07/06/2023 17:30

Azərbaycanlı Amerikanın ən böyük kibertəhlükəsizlik konfrasında çıxış edəcək

07/06/2023 17:20

İyunun 11-də imtahan olacaq

07/06/2023 17:12

TƏCİLİ: Türkiyədə təyyarə qəzaya uğradı – Yaralılar var – FOTO

07/06/2023 16:51

Dünyada yalnız 20 nəfər bunu bacarır – Biri azərbaycanlıdır

07/06/2023 16:25

Sevgilisini siçovul zəhəri ilə öldürən kişinin məhkəmədəki çıxışı hakimləri ŞOKA SALDI

07/06/2023 16:21

Gənc qızı qayçı ilə girov götürən şəxsi belə zərərsizləşdirdilər – ANBAAN VİDEO

07/06/2023 16:10

Efiopiyalı qadın türk velosipedçini beysbol çubuğu ilə öldürüb cəsədini yandırdı – FOTO

07/06/2023 16:06

2 gənc mühafizəçini öldürdüyü üçün edam edildi – Son sözləri GÜNDƏM OLDU

07/06/2023 15:58

Sosial şəbəkədən istifadə edənlərin NƏZƏRİNƏ! – 5 min manat CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

07/06/2023 15:45

Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi

07/06/2023 15:21

İş adamı HƏBS EDİLDİ

07/06/2023 15:21

Gənc qadının idman zalında başına gələnlər – ANBAAN VİDEO

07/06/2023 15:04

Məşhur mahnıların bəstəkarı vəfat etdi

07/06/2023 14:40

Özlərinə problem yaradan BÜRCLƏR

07/06/2023 14:36

Şimali Kiprin Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib – FOTO

07/06/2023 14:05

Kriştiano Ronaldo bu sahəyə yönəldi -FANATLARI HEYRAN QALDI(VİDEO)

07/06/2023 13:36

Tanınmış şair: “Qəbirdə gecələdim, qorxudan şəkər oldum” – VİDEO

07/06/2023 13:32

Ziya Məmmədovun yaşayış binası sökülür?– VİDEO

07/06/2023 13:27

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.