Şənbə, 3 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Ucuz ətin şorbası olmaz” – Bəs dönərin?!

Aytac
02/05/2023 16:48
73
BAXIŞ
FacebookTwitterTelegram

“Dönər+ayran 1 manat”

Yuxarıda yazılan təklifə şəhərin əksər yerlərində fəaliyyət göstərən dönərxanalarda rast gəlmək mümkündür.

Maraqlıdır, toyuq ətinin kiloqramı 6-7 manat, ətin isə 14-15 manat olduğu təqdirdə necə olur ki, istehlakçılara  bu qiymətlərdə dönər təklif edilir?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Medianews.az-a verdiyi açıqlamada qeyd etdi ki, yeganə çıxış yolu dönər satılan yerlərdə mütamadi monitorinqlərin həyata keçirilməsidir:

“Azad İstehlakçılar Birliyi olaraq, biz vətəndaşın hər hansı bir malı ucuz almasının tərəfdarıyıq. Lakin həmin malın keyfiyyətli olması da vacibdir.

Dönərlər artıq  cəmiyyətin böyük bir bəlasına çevrilib. AQTA-da ictimai şuranın üzvü olduğum zamanlarda dəfələrlə bu məsələni qaldırmışam. Çünki dönərxanalarda ciddi monitorinqlər aparılmalıdır. Hansı dönərxanaya gedib müşahidə aparsaq, orada malların mənşəyini göstərən kağızlar görə bilərik. Bu kağızlarda isə guya istifadə edilən məhsulların rəsmi yerdən alınması və heç bir qanun pozuntusunun olmadığı göstərilir. Lakin heç kəs o kağızın həmin obyektə hazırlanan dönərə aid olduğunu sübut edə bilməz.  Azərbaycanda hazırlanan dönərlərin mənfi cəhəti ondan ibarətdir ki, ətlərin çöl tərəfi qovrulur, içinə isə yavaş-yavaş istilik daxil olur. Belə olan zaman çiy ətdən axan plazma siniyə tökülür. Həmin plazmada isə heyvanlara aid olan xəstəliklər üçün vurulan antibiotiklər toplanır. Daha sonra dönərə qatılan ətlər də bu sinidə qarışdırılır. Sözügedən hal normal qiymətə satılan dönərlər üçün də təhlükəlidir.

Biz uzun illərdir murdar ət biznesini izləyib,  həmin müddət ərzində bütün bölgələrdə bu halların yaşanmasını müşahidə etmişik. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə idarəsi görür. Onlar belə halları ifşa və cərimə etməklə qalmır, eyni zamanda bu prosesə daxil olan şəxslərə qarşı cinayət işi qaldırır və həbslər həyata keçirir. Ancaq məhkəmələrdə onlara çox qısa vaxt ərzində bəraət verilir. Bu paradoksu isə biz anlaya bilmirik. Həmin hallar DİN-in bu şəxslərə qarşı gördüyü tədbirləri də sıfıra endirir. Çünki murdar ət biznesi ilə məşğul olan adamlar azadlığa çıxdıqdan sonra yenidən bu əmələ əl atırlar. Sözügedən biznesin davam etməsi isə ona tələbin olmasıdır. Tələb isə qanunsuz fəaliyyətlə məşğul olan dönərxanalardadır.

Yeganə çıxış yolu dönərxanalarda monitorinqlərin aparılmasıdır. Aparılan müşahidələrin nəticəsində həmin obyektlərə xüsusi nişan verilməlidir ki, orada həqiqətən də qanuni yolla kəsilən ətlərdən istifadə olunur.

Dönərxanalarda hökm sürən vəziyyət Azərbaycan istehlakçılarını acınacaqlı nəticələrlə üz-üzə qoyur. Burada ən böyük məsuliyyət AQTA-nın üzərinə düşür. Mövcud problemlə mübarizə aparmaq üçün həmin qurum mütləq şəkildə monitorinqlərə başlamalı və bu proses olduqca şəffaf həyata keçirilməlidir. Biz tərəfdarı deyilik ki, dönərxanalar birdəfəlik bağlansın. Sadəcə istehlakçıların həyatını təhlüləyə atmamaq üçün daha keyfiyyətli mallardan istifadə etmək vacibdir”.

Həmin məsələ ilə bağlı olan suallarımızı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də ünvanladıq. Qurumdan Medianews.az-a verilən açıqlamada bildirildi ki, bununla bağlı müvafiq monitorinqlər aparılır:

“AQTA tərəfindən müxtəlif qida məhsulları, o cümlədən, ölkə ərazisində fəaliyyət göstərən dönərxanalarda yoxlamalar davam etdirilir. Dönər məhsullarından nümunələr götürələrək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labaratoriyalarında müayinələrə cəlb olunur. Labarator müayinələr nəticəsində uyğunsuzluq aşkarlanan müəssisələrlə bağlı qanunvericiliyə uyğun olaraq müəyyən tədbirlər görülür. Qida təhlükəsizliyi ilə bağlı bütün hallar agentlik tərəfindən ciddi nəzarətdə saxlanılır. Vətəndaşlarımızdan xahiş edirik ki  istehlak etdikləri dönər məhsulları ilə bağlı əgər onlarda şüphə yaranarsa, eləcə də uyğunsuzluq müşahidə edərlərsə, AQTA-nın 1003 Çağrı Mərkəzinə müraciət etsinlər”.

Aytac Şahin

Medianews.az

DAHA ÇOX OXU

Dünya

Dünyanın ən varlı aktrisası odur

03/06/2023 16:20
Dünya

Azərbaycanəsilli aktyorun evindən çıxarılmasına QƏRAR VERİLDİ

03/06/2023 15:20
export

Qaçırılan qız intihara cəhd etdi

03/06/2023 15:00
export

Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi

03/06/2023 14:44
Cəmiyyət

Emin Əmrullayev valideynlərə çağırış edib

03/06/2023 14:29
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

03/06/2023 14:14
SON XƏBƏR

Qara nöqtələrdən xilas olmağın ƏN EFFEKTİV YOLU

Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkildi

Dünyada hər 100 min nəfərdən 1-də rast gəlinən xəstəlik- Gəzən cəsəd

Xəbər lenti

Dünyanın ən varlı aktrisası odur

03/06/2023 16:20

Əhaliyə SEVİNDİRİCİ XƏBƏR – Bu il orta aylıq əmək haqqı 1000 manat olacaq

03/06/2023 16:01

Bu günkü dəhşətli hadisə ilə bağlı – SON MƏLUMAT

03/06/2023 15:40

Azərbaycanəsilli aktyorun evindən çıxarılmasına QƏRAR VERİLDİ

03/06/2023 15:20

Qaçırılan qız intihara cəhd etdi

03/06/2023 15:00

Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi

03/06/2023 14:44

Emin Əmrullayev valideynlərə çağırış edib

03/06/2023 14:29

Bazar gününə olan hava proqnozu açıqlanıb

03/06/2023 14:14

Kəmaləddin Heydərov qərar imzaladı

03/06/2023 13:41

Pərvin Abıyevanı hansı cəza GÖZLƏYİR?

03/06/2023 13:28

Şuşaya avtobus reysləri artırılır? – AÇIQLAMA

03/06/2023 13:14

Məmur arvadını və ustanı öldürən kişidən xəbər var

03/06/2023 12:52

Sürücülərin DİQQƏTİNƏ – iyunun 4-ü saat 9-dan 15:00-dək…

03/06/2023 12:36

Seymur Talıbov yenidən ortaya çıxdı (FOTO)

03/06/2023 12:19

Azərbaycanda ərzaq məhsullarının qiyməti ucuzlaşa bilər

03/06/2023 12:05

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı

03/06/2023 11:51

“Yaxın zamanda maskaları düşəcək” – Rəşad Dağlının ailəsindən iddialı AÇIQLAMA

03/06/2023 11:39

Özbaşına fərdi ev tikənlər bu qədər – CƏRİMƏLƏNƏCƏK

03/06/2023 11:26

“TikTok”da videoları ilə gündəmə düşən gənc qəzada vəfat etdi

03/06/2023 11:13

Yetirmişli Azərbaycanda güclü zəlzələ proqnozlaşdıran Şengörə qəzəbləndi: “Boğazından yapışıb soruşaq ki…”

03/06/2023 11:00

Hindistanda faciəvi qəza: 288 nəfər öldü – Matəm elan olundu

03/06/2023 10:47

Yeni yaradılan buz meydançasının xərclərini Gənclər və İdman Nazirliyi ödəyəcək – ÖZƏL

03/06/2023 10:40

Bakıda sərnişin avtobusda öldü

03/06/2023 10:35

Yeni işindən 2.5 milyon qazanacaq

03/06/2023 10:23

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.