Burun ətrafında əmələ gəlməyə başlayan qara nöqtələr zəhlətökən məsələlərdən biridir. Dəridəki məsamələrin tıxanması ilə dəri probleminə çevrilmiş qara nöqtələrdən xilas olmaq çox vaxt çətin ola bilər. Qara nöqtələrdən qurtulmaq üçün 5 praktik təklifi təqdim edirik.
Bal və darçın:
Səhər yeməyinin əvəzolunmazı olan bal, antioksidan xüsusiyyətləri sayəsində orqanizmi müxtəlif iltihab və infeksiyalardan qoruyan əhəmiyyətli bir şəfa mənbəyidir. Əslində bir çox araşdırmaların nəticələrinə görə dəriyə xeyirli olduğu deyilir.
Dəridəki qara nöqtələrdən xilas olmaq üçün bal və darçın qarışdıraraq üz maskası əldə edə bilərsiniz. Bir xörək qaşığı balı yarım çay qaşığı darçınla qarışdırın və yaranan üz maskasını üzünüzə 3 dəqiqə masaj edin. Sonra ilıq su ilə yuyub üz üçün nəmləndirici istifadə edə bilərsiniz.
Yumurtanın ağı:
Biz artıq yumurta ağına “qara nöqtə bandı” deyə bilərik. Üstəlik, evdə hazırlamaq olduqca sadədir. Qara nöqtələrdən təbii bir zolaq əldə etmək üçün yumurtanın sarısı və ağını ayırmaq kifayətdir.
Yumurta ağını nazik bir təbəqə ilə üzünüzə çəkin. Maskanın birinci qatı quruduqdan sonra ikinci qat üçün də eyni əməliyyatı təkrarlayın. Yumurtanın ağı qurumağa başlayacaq və tədricən ağ maska görünüşü alacaq. Üzünüz yaxşı dartıldıqda, maskanı soyub üzünüzü yuya bilərsiniz.
Yaşıl çay:
Bir çox xəstəliyə yaxşı təsir edən yaşıl çay həm də təbii dəriyə qulluq vasitəsidir. Dərinizdəki qara ləkələrdən xilas olmaq istəyirsinizsə, yaşıl çayın pilinqini sınaya bilərsiniz. Yaşıl çayı az miqdarda su ilə qarışdırıb, üzünüzə maska kimi çəkin, 2-3 dəqiqə üzünüzdə saxlayın və sonra ilıq su ilə yuyun. Qara nöqtələri azaltmaq üçün tətbiq edilən bu üsulu nizamlı olaraq tətbiq etdiyiniz zaman sağlam nəticələr əldə edə bilərsiniz.
Karbohidrat:
Demək olar ki, hər kəsin evində olan karbonat qara nöqtələrin azalmasında böyük rol oynayır. Üstəlik, evdə hazırlamaq çox asandır. Bir az çörək soda və suyu azca bərkləşənə qədər qarışdırın. Əldə etdiyiniz qarışığı qara nöqtələrin olduğu bölgəyə masaj edərək çəkin. Quruduqdan 2-3 dəqiqə sonra üzünüzü ilıq su ilə yuya bilərsiniz.
Qara nöqtələri azaltmaq üçün badam yeyin:
Gündəlik həyatda istehlak edilən bəzi çərəzlər dəridə sızanaq və yağlılığa səbəb ola bilər. Onların arasında badamın istisna olduğunu söyləmək mümkündür. Badamın tərkibində E vitamini dəridə yarana biləcək sızanaq və qara nöqtələrin qarşısını alan təsirə malikdir. Müntəzəm olaraq badam istehlak etdikdə dəriniz əvvəlkindən daha parlaq görünə bilər.
Gündəlik təbii dəriyə qulluq üsullarından başqa, müntəzəm olaraq dərini yalnız su ilə yumalı və təmiz saxlamalısınız. Gündəlik həyatda fərq etmədiyiniz bir çox faktor qara nöqtələrə səbəb ola bilər. Üz təmizliyində istifadə etdiyiniz bəzi materiallar da qara nöqtələrə qarşı həssaslığı artıra bilər. Qara nöqtələrə qarşı yastıq örtüyünün tez-tez dəyişdirilməsi də tövsiyə olunur.
Aytac Şahin
Medianews.az