“Dünyada hər 100 min nəfərdən 1-də rast gəlinən xəstəlik tam sağalmadığı və çox zaman vaxtında müəyyən edilib müalicəsinə başlanmadığı üçün intiharla, ölümlə nəticələnir. Xəstələr xəstə olduqlarını qəbul etmədikləri üçün həkimə müraciət etməkdən də imtina edirlər”
Bu sözləri Medianews.az-a açıqlamasında Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov bildirib. O bildirib ki, sözügedən sindromun ikinci adı “Kotard”dır:
“Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər. Nevropsixiatrik pozğunluq olan “Gəzən cəsəd sindromu” Amerika Psixiatriya Birliyinin Ruhi Pozğunluqlar siyahısına düşüb. Bu, bir depressiya və intihar meyilləri olan sindromdur. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Ehtiraslarını, bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Mütəxəssis hesab edir ki, ruhi sarsıntılar, ruhi xəstəliklər keçirən insanların beyni zədələnmiş hesab edilir. Uzun müddət sonra xəstəlik bu və ya başqa formalarda yenidən ortaya çıxa bilir. Xəstələr “beynim çürüdü, bütün daxili orqanlarım çürümüş vəziyyətdədir, əslində mən yaşamıram, bu ailə mənim ailəm deyil” kimi fikirlərlə yaşayırlar. İştahası pozulan xəstə hər şeydən imtina etməyə başlayır. Çəkisi azalır və halsızlaşır”. Bu xəstəlik çox qəribə də olsa, Türkiyədə 7 yaşlı uşaqda müşahidə edilib. Valideynləri uşağın şikayətlərini həkimlə müzakirə etdikdən sonra həkimlər 7 yaşlı qıza Kotard sindromu diaqnozu qoyublar. Belə ki, qız bədəninin çürüdüyünü, bədənində qurdların gəzdiyini, ondan cəsəd qoxusu gəldiyini iddia edir, valideynlərini tanımadığı, əslində yeraltı dünyaya aid oduğunu deyirmiş. Xəstəlik başlayan kimi yeməkdən imtina edən qız 7 gün içində 5 kq itirib.Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin müalicəsi çətin və çox uzun müddət müşahidə altında tutulması lazım olan bir hadisədir.Kotard sindromunun elmdə izahı və yaranma səbəbləri müəyyən edilmədiyi üçün xəstəlik nadir xəstəliklər siyahısına daxil edilib”.
Medianews.az