İstanbulda iki qrup arasında dava düşüb.
Medianews.az xəbər verir ki, həmin anlar ətrafdakı təhlükəsizlik kamerasına əks olunub.
Hadisə dünən saat 17.00 radələrində baş verib. Əldə edilən məlumata görə, uşaqlar arasında baş verən davaya ailələri də qoşulub. İki qrup arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib.
Ətrafdakıların müdaxiləsi ilə tərəflər ayrılıb. Hadisə yerinə polis və təcili yardım göndərilib. Polis bölməsinə aparılan tərəflər bir-birindən şikayətçi olmayıblar.
Medianews.az