Avstraliya elektron siqaretlərin məktəblərdə və gənclər arasında geniş yayıldığını və sağlamlıq üçün təhlükə yaratdığını əsas gətirərək satışını məhdudlaşdırıb.
Medianews.az xəbər verir ki, BBC-nin xəbərinə görə, bu barədə Avstraliyanın səhiyyə naziri Mark Butler açıqlama verib.
Nazizr elektron siqaretlərin gənclər arasında getdikcə daha çox populyarlaşdığını və satışın məhdudlaşacağını bildirib.
“Böyük siqaret şirkətləri, siqaretdə olduğu kimi, daha bir asılılıq yaradan məhsul ortaya çıxarıblar, onu parlaq qablaşdırmalara bükürlər və yeni nəsil nikotin aludəçiləri yaratmaq üçün xüsusi dadlar əlavə edirlər”,-deyə Mark Butler bildirib.
Butler 52 yaşında olduğunu vurğulayaraq, “Mənim yaşımda olan 70 nəfərdən yalnız 1-i elektron siqaret çəkir”,-deyə sözlərinə əlavə edib.
Araşdırmalar göstərir ki, 14-17 yaşlı hər altı avstraliyalı gəncdən biri və 18-24 yaş arası dörd gəncdən biri elektron siqaretdən istifadə edir.
Medianews.az