Bakıda Bülbülə gölünün ətrafında yeni bulvar salınacağı barədə xəbər vermişdik.
BAKU.WS-in məlumatına görə, gölün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub.
Yeni bulvarın nə vaxt salınıb istifadəyə veriləcəyi və layihədə hansı yeniliklərin olacağı maraqla qarşılanır.
BAKU.WS bu məqsədlə Bakı Abadlıq Xidmətinə müraciət edib və yeniliklər barədə məlumat alıb.
Qurumun layihə rəhbəri Denis Korolev bildirib ki, hazırda yeni bulvarın salınması ilə bağlı birinci mərhələ gedir: “Hazırda gölün ətrafı zibillik və tullantılardan təmizlənib. İndi “Azərsu” ASC ilə birgə təmizləyici qurğu yerləşdirilir. Bu gölə bir çox yerlərdən tullantı sular axır. Su təmizləyici qurğu vasitəsilə yenidən gölə buraxılacaq. Bundan sonra gölün suyu tər-təmiz olacaq.