Cümə axşamı, 28 Mart 2024

Antiterror əməliyyatı: Əhaliyə küçəyə çıxmaq QADAĞAN EDİLDİ

Türkiyənin Mardin vilayətində PKK-ya qarşı antiterror əməliyyatı keçirilir.

Medianews.az posta-ya istinadən xəbər verir ki, Mardin valiliyi əməliyyatla əlaqədar Nusaybin rayonunda 9 məhəllə və məcrada komendant saatı elan edildiyini açıqlayıb.

Valiliyin yaydığı məlumatda, Nusaybin mahalı sərhədləri daxilindəki çöl bölgələrində, yüksək səviyyədə olan təşkilat rəhbərləri də daxil olmaqla separatçı terror təşkilatı üzvləri və ortaqlarının zərərsizləşdirilməsi, bunkerlərin, sığınacaqların, anbarların və zenit mövqelərinin məhv edilməsi bölgədə separatçı terror təşkilatı tərəfindən istifadə edildiyi düşünülən materialların ələ keçirilməsi üçün əməliyyat təşkil edildiyi qeyd olunub.

Hazırda Tekağaç, Sapanlı, Çağrıcık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində Türkiyə saatı ilə 04:00-dan etibarən ikinci bir əmrə qədər küçəyə çıxmaq qadağan edilib.

BAKU.WS

DAHA ÇOX OXU

Xəbər lenti