İstanbulun mərkəzi küçələrindən birində maraqlı hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, yaşlı kişi yolun ortasına uzanıb.
Bütün təkidlərə baxmayaraq ayağa qalxmağa razı olmayan şəxs təcili yardım maşınına mindirilərkən qaçmağa başlayıb.
Bu dəfə polis qrupları həmin şəxsi gözyaşardıcı qazla zərərsizləşdirərək qandallayıb. Daha sonra həmin şəxsi təcili yardıma mindiriblər. Hadisə zamanı nəqliyyatda uzun tıxac yaranıb.
Medianews.az