Kişinin öz evində qonaq istəməməsi ona baha başa gəlib.
Medianews.az xəbər verir ki, qəribə hadisə Rusiyanın şəhərlərindən birində olub.
Belə ki, dostları ilə birliktə əylənən qadın tanışlarını evinə dəvət etməyə başlayıb.
Qadının bu hərəkəti onun həyat yoldaşına xoş gəlməyib.
Kişi yoldaşına sadəcə evdə qonaqsız dincəlmək istədiyini bildirib. Bunun fonunda onlar arasında münaqişə yaranıb.
Liftdə münaqişə daha da gərginləşib.
Həyat yoldaşının əllərində çantaların olmasından istifadə edən qadın onun burnunu dişləyib.
Təcili yardımla xəstəxanaya aparılan kişinin burnu tikilib.
Xəstəxanada yara tikilsədə, lakin həkimlər kişinin burnunun əvvəlki görünüşünü bərpa edə bilməyiblər.
Qəzəbli kişi xəstəxanadan dərhal sonra 7 ildir evli olduqları həyat yoldaşından şikayətçi olub.
Medianews.az