Türkan Şoray Amasyanın Merzifon rayonunda keçirilən 6-cı Merzifon Kitab Sərgisinin açılışında sevənlərinə mahnı oxuyub. Pərəstişkarlarının istəyi ilə aktrisa “Səni qısqanıram” mahnısını ifa edib.
Aktrisa qeyd edib ki, illər əvvəl bəzi filmlərdə haqsızlıq qarşısında sözünü deyə bilməyən qadın obrazını canlandırıb. O, illər əvvəl bəzi filmlərdə məruz qaldığı haqsızlıqlar qarşısında sözünü deyə bilməyən qadın rolunu oynadığını xatırlayıb:
“Yeni başlayanda sakit, haqqı tapdalanmış qadın obrazını canlandırmışam, amma indi canavar kimiyəm. Haqqımı axtarıram. Hamımız öz hüquqlarımızı bilirik. Heç birimiz özümüzə zülm etmirik”.
Türkan Şoray, 6 Fevralda baş verən zəlzələdən sonra Merzifona gələn pərəstişkarına və zərərçəkənlərə dərin hüznünü ifadə edərək, “Orada çox çətin vəziyyətdədirlər. İnşallah seçkidən sonra ilk işim zəlzələ bölgəsinə gedib onları qucaqlamaq olacaq”.
Medianews.az