Bazar ertəsi, 29 May 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kişidirsə, yerini desin, nömrəsini qoysun, gəlim…” – Afət

Aytac
01/05/2023 22:40
174
BAXIŞ
FacebookTwitterTelegram
Tez-tez sosial şəbəkələrdə müğənnilərin evinə, maşınına, geyiminə görə tənqid hədəfinə çevrildiyini görürük. Bir neçə gün öncə Əməkdar artist Elnarə Abdullayeva da efirdə bu haqda danışdı.

Tanınmış xanəndə bəzi izləyicilərin müğənnilərə qənim kəsildiyini dedi. Onun sözlərinə görə, bəzi tamaşaçılar, xüsusilə sosial şəbəkə iştirakçıları müğənniləri təftiş etməklə məşğuldur: “Təzə paltar geyinəndə deyirlər ki, Elnarə qudurub. Köhnə libasla efirə çıxanda yenə narazılıq edirlər. Deyirlər ki, sənətkardı, xalqın qarşısını çıxır, amma geyiminə fikir vermir”. Bəs görəsən, cəmiyyət niyə məşhurlara qarşı bu qədər aqressivdir? Sənət aləmində geyim nə qədər önəmli rol oynayır? Bu, toy qiymətlərinə də təsir edirmi? Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış müğənni Afət Fərmanqızı bildirib ki, sosial şəbəkələrdə bəzi insanlar maddi imkanı yaxşı olan birini görən kimi onu təhqir etməyə başlayırlar:

“Kimin evi yoxdursa, yaxşı evi olan birini görən kimi, əri olmayan əri olanı görən kimi, maşını digərindən ucuz olanı görəndə söyür. Bu sözlər bəzi şəxslərə aiddir. Bunun səbəbi nədir mən də bilmirəm. Hər şeyin kökündə cahillik dayanır. Mən demirəm, hamı alim, ziyalı olmalıdır, amma ən azından hamı bir şeyi başa düşməlidir ki, başqasının işinə qarışmaq olmaz. Nəyəsə irad bildirə, tənqid edə bilərsən, amma qarşıdakını təhqir etmək olmaz. Müğənnillərin 90%-nin sosial şəbəkə hesabında telefon nömrələri qeyd olunub, təhqir edənlər götürüb o nömrə ilə əlaqə saxlasınlar, desinlər ki, mən filankəsov filankəsəm və səni təhqir edirəm. Hünəri çatan belə etsin, yoxsa monitor arxasından, saxta profillərdən nənəm də edər. Bu iş deyil, sözün varsa, “duxun” çatırsa, yerini de, nömrəni qoy sonra təhqir et. Sosial şəbəkələrdə anonim hesablardan şərh yazıb söyənlərə mən heç baxmıram. Hamıya söyürlər. Kişidirsə, yerini desin, nə olsun qadınam, harada, necə deyir tet-a-tet gəlim, söhbət edək. Beləsi yoxdur”.

Sənətçi sosial şəbəkələrdə, efirlərdə problemlərindən danışaraq insanları yormağı sevmədiyini qeyd edib. O, izləyicilərinə  hər zaman pozitiv əhval-ruhiyyə bəxş etmək istədiyini deyib:

“Mən əvvəldən səhv etdim. Gərək əvvəldən bəzi müğənnilər kimi ağlayardım. Kimsə ağlayanda bizim camaatın xoşu gəlir, onda ona yazıqları gəlib başlayırlar tərifləməyə. Mən ağlamağı, dərdimlə kimisə kədərləndirməyi sevmirəm. Mən soğan-çörək yesəm də, həmişə özümü tox tutmuşam ki, dərd-sərimlə camaatı bezdirməyim. Yeri gəlsə, məndən dərdli müğənni yoxdur, anam da, atam da cavan rəhmətə gedib, cavan qardaşım rəhmətə gedib. Erkən yaşda başıma faciə gəlib, məni götürüb qaçıblar, məcbur qalıb ailə qurmuşam, çünki geri qayıtsam, kənddə məni alan olmayacaqdı. Amma mən istəmədən məni götürüb qaçırıblar, 16 yaşım olmamış əlimi, ağzımı tutub maşına basıb qaçırıblar. Bu, uşaq oğurluğu idi. Sonra da həmin şəxs polisdən qaçıb gizləndi. Mənə dedilər ki, bundan sonra səni kim alacaq? Kənddə bir adın beş olacaq və s. Məcbur olub taleyimlə razılaşdım və ailə qurdum. Bu da bir faciədir. Ailə istəmədən qurulmuşdu deyə elə əvvəldən bilirdim ki, boşanacağam, o cür də oldu. Boşanandan sonra da boşanmış qadına min ad qoşurdular.

Bu qədər faciəni yaşayan adam necə dərdli olmaya bilər?! Sadəcə, mən dərdimlə insanları üzmək istəmədim, pozitiv enerji ötürmək istədim. Amma sən demə, səhv etmişəm, ancaq ağlamaq lazım imiş, hətta imkanın olanda da ağlamaq lazım imiş. Çünki bəzi insanlar güzəranı yaxşı olan adam görəndə başlayırlar onu söyməyə. Mən özüm isə imkanlı adam görəndə sevinirəm”.

Müğənni Rusiyaya köçdüyünə görə onu tənqid edənlərə cavab verib və bunun səbəblərini açıqlayıb:

“Mən ailə qurduğum üçün məcbur olub həyat yoldaşımla Rusiyaya köçdüm. Çünki onun Azərbaycanda yaşamağı mümkün olmadı. Ərim harada, mən də orada, mikrofonumu götürdüm gəldim Rusiyaya. Burada qazanc Azərbaycandan çox olanda dördəlli yapışdım.

Bəziləri sosial şəbəkələrdə bəzən yazırlar ki, qürbətdədir filan. Əvvəla, mənim Azərbaycanda ailə üzvlərim yoxdur, anam, atam, qardaşım rəhmətə gedib, bacım, digər qardaşım, oğlum da hamısı Avropadadır. Burada yaşama səbəbimin birincisi budur, ikincisi, işim, qazancım burada daha yaxşıdır. Bəzən yazırlar ki, evini buraxıb gedib orada yaşayır, Azərbaycanda yaşasaydım da yazacaqdılar ki, ərini buraxıb burada qalır, yaxud deyəcəkdilər ki, əri bunu aldı, burada atdı çıxdı getdi. Mən indi sizin dediyinizlə oturub durum? Hərənin öz şəxsi həyatı var. Kim nə istəyir desin, dinləmirəm”.

DAHA ÇOX OXU

Flash

Sılanın Bakıdakı konsertindən FOTOREPORTAJ

29/05/2023 23:29
1-MANŞET

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16
1-MANŞET

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06
Dünya

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25
1-MANŞET

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07
export

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55
SON XƏBƏR

Fədayə Laçının Laçındakı təmir olunan evi (VİDEO)

Tanınmış aktyor 8 milyona MAŞIN ALDI

75 yaşlı qadın sevgilisinə pul vermək üçün evini satdı - Fırıldaq qurbanı oldu

Xəbər lenti

Sılanın Bakıdakı konsertindən FOTOREPORTAJ

29/05/2023 23:29

Paşinyanı müşayiət edən xeyli sayda polisə ayrılan vəsait gizli saxlanılır

29/05/2023 23:16

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi – FOTOLAR

29/05/2023 23:06

Putin və Ərdoğan telefonla danışıb

29/05/2023 22:25

Qadınlar kimdənsə xoşu gəldiyini necə büruzə verir? – Psixoloq SİRLƏRİ AÇIQLADI

29/05/2023 22:07

Taekvondo üzrə dünya çempionatında ilk gün başa çatıb

29/05/2023 22:00

Elman Nəsirov: “Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

29/05/2023 21:55

Ukraynadan İrana 50 illik sanksiya

29/05/2023 21:41

Laçın şəhərinin möhtəşəm gecə görüntüsü – VİDEO

29/05/2023 21:28

Türkiyədə həbs edilən azərbaycanlı repçi azadlığa çıxdı – VİDEO

29/05/2023 21:14

Oktay Kaynarca zəhərləndi

29/05/2023 21:05

“İstəmirəm qızım məşhur olsun”

29/05/2023 21:03

Manekenin üzərindəki paltarı oğurlayan şəxs kameralara yaxalandı – VİDEO

29/05/2023 20:13

Türkiyədə baş verən dəhşətli zəlzələnin YENİ GÖRÜNTÜLƏRİ ortaya çıxdı – VİDEO

29/05/2023 20:05

Düşmənçilik etdiyi şəxsi küçənin ortasında belə güllələdi – ANBAAN VİDEO

29/05/2023 19:50

Gənc müəllimə olan sevgilisini öldürdü, özü isə intihar etdi – TƏFƏRRÜAT

29/05/2023 19:37

SON DƏQİQƏ: Elxan Qasımov vəfat etdi

29/05/2023 19:26

16 yaşlı sevgilisini dəfələrlə bıçaqladı, başını daşla əzdi – DƏHŞƏTLİ QƏTL

29/05/2023 19:25

DƏHŞƏT: Köpək balığı qayıqçını parçaladı

29/05/2023 19:12

Ukraynadan İranla bağlı 50 illik sanksiya qərarı

29/05/2023 18:58

Sərvər Ərdoğanın seçilməsi münasibətilə qurban kəsdi — FOTO

29/05/2023 18:38

Avtobusa minən bu şəxslər PUL ALACAQLAR — VİDEO

29/05/2023 18:18

Bakıda qan donduran OLAY: Oğul atasını döydü, qardaşı isə lentə aldı — VİDEO

29/05/2023 17:48

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

29/05/2023 17:28

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.