İtaliyanın Siciliya adasında yerləşən Centuripe kəndi yuxardan nəhəng, qəribə insan şəklini xatırladır.
Medianews.az xəbər verir ki, uzaqdan Centturipe kəndinə baxanda qolları və ayaqları açıq olan kişi şəklini görmək mümkündür. Bəzilərinin fikrincə, dəniz ulduzuna oxşayan kəndin forması kifayət qədər təəccüblüdür. Fotoqraf Pio Andre Berri ən yaxşı bucağı çəkmək üçün dronunu kəndin ən hündür nöqtəsindən 120 metr yüksəklikdən o görüntünü əks etdirib.
Kənd nəqliyyatın asan olması üçün belə dizayn və planlaşdırılıb. Mərkəzdən müxtəlif istiqamətlərə uzanan yolların formalaşdığı rayonlaşdırma planlarına polilobat (çox loblu) planlaşdırma deyilir və dağlıq ərazilərdə bu tip planlaşdırmaya üstünlük verilir.
Qeyd edək ki, kəndin tarixi eramızdan əvvəl V əsrə gedib çıxır. Bəzilərinə görə insan bədəninə bənzətilən kəndin forması bəzilərinə görə dəniz ulduzunu xatırladır.
Medianews.az