Boşanma ərəfəsində olan kişi həyat yoldaşının boğazını kəsərək öldürüb, qaynanasına isə bıçaqla xəsarət yetirib.
Medianews.az xəbər verir ki, qandonduran hadisə Türkiyənin Elazığ bölgəsində yaşanıb.
Belə ki, Əli Alkılınc adlı şəxs boşanma prosesində olan zaman 34 yaşlı həyat yoldaşı Aslıhan Alkılıncın qaldığı qayınanası Şule B.-nin evinə gələrək özünü 112 təcili yardım əməkdaşı kimi təqdim edib və evə daxil olub. . Əli Alkılınc əvvəlcə qayınanası Şule B.-ni ayağından bıçaqlayıb, daha sonra arvadı Aslıhan Alkılıncın boğazını kəsərək onu qətlə yetirib.
Hadisədən sonra saxlanılan şüphəli həbsxanaya göndərilib. Məhkəmə prosesində Əli Alkılıncın internetdə “Şizofreniya nədir”, “Aldadan arvadını öldürməyin cəzası”, “Aldadıcı mesajlar” və “Hansı xəstəliklərdə cinayət cəzası verilmir” kimi axtarışlar etdiyi məlum olub.
Qeyd edək ki, hadisəni törədən Əli Alkılınca ömürlük həbs cəzası verilib.
Aytac Şahin
Medianews.az