Sosial şəbəkələrdə metronun “20 Yanvar” stansiyasına girişə qadağa qoyulması ilə bağlı iddialar yayılıb.
Bildirilir ki, stansiyaya girmək mümkünsüzdür, sərnişinlər girişqapılarına buraxılmırlar.
Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq.
B.Məmmədov Cebhe.info-ya açıqlamasında deyib ki, stansiyaya girişlə bağlı heç bir problem yoxdur:
“Hər hansısa problem yoxdur. Adi prosedur qaydası ilə sərnişinlər keçir. Sadəcə, sıxlıq var”.