Çərşənbə, 7 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

ŞOK nüvə müharibəsi XƏBƏRDARLIĞI – Mayın 15-dək…

Aytac
30/04/2023 14:00
63
BAXIŞ
FacebookTwitterTelegram

Ukraynaya məxsus bomba yüklü pilotsuz təyyarələr dünən səhər saatlarında Sevastopol bazasında minlərlə ton yanacaq çənini məhv edərək Rusiya Qara dəniz donanmasına böyük zərbə vurub. 

Sfera.az xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski əks hücumun ilk hədəfinin Krım olacağını açıqlayıb.

Hücumdan 24 saat əvvəl Krımla bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov quruda, havada və dənizdə bütün lazımi təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə alındığını bildirib.

Sevastopol qubernatoru Mixail Razvajayev yanacaq çənlərinin yerləşdiyi Qazax körfəzinə hücum edildiyini etiraf edib: “Səhər saatlarında partlayıcılarla yüklənmiş bir neçə Ukrayna pilotsuz təyyarəsi bazaya yaxınlaşaraq yanacaq çənlərimizi vurub. Bölgədə dördüncü ən yüksək dərəcəli yanğın başlayıb. Bütün yanğın bölmələri yanğının söndürülməsində iştirak edib. Can itkisi olmayıb”.

Ukrayna hərbi kəşfiyyat xidmətinin rəhbəri Andrey Yusov da hücumla bağlı açıqlama verib: “Sevastopol yaxınlığında yerləşən Qazax körfəzindəki obyektdə 10 yanacaq çənini məhv etdik. Rusiya tərəfi dəniz gəmiləri üçün istifadə etmək niyyətində olduğu təqribən 40 min ton yanacağı itirib. Əməliyyata ötən gün rusların Uman şəhərinə atdığı raketlə öldürülən 5 uşağın intiqamı kimi baxa bilərsiniz”.

Digər tərəfdən, Rusiyanın Ukrayna ilə sərhədindəki Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın artilleriya hücumları nəticəsində enerji nəqli infrastrukturunun zədələndiyini, sərhəddəki 5 rus kəndinin işıqsız qaldığını açıqlayıb. Qladkov hücumlarda itkilərin olmadığını bildirib.

Ukraynanın Sevastopol bazasına hücumu hərbi ekspertlər tərəfindən Rusiya tərəfinin mühüm müdafiə zəifliyi kimi şərh edilib.

Analitiklər Ukraynanın əks hücuma hazırlaşmaq üçün 30 minə yaxın pilotsuz təyyarəni hazır vəziyyətə gətirdiyini xatırladır: “6 pilotsuz uçuş aparatı Rusiya tərəfinə bu qədər böyük ziyan vurursa, böyük hücum başlayanda 30 min PUA Krım yarımadasını məhv edəcək. Görünür, Kiyev administrasiyası partlayıcı maddələr daşıya bilən hər cür dronlarla kütləvi hücuma keçməyi planlaşdırır. Pilotsuz təyyarələr ərazini təmizlədikdən sonra Leopard tankları və piyada bölmələri işə düşəcək”.

Krımda Rusiya hərbi-dəniz bazasına hücum olan gün Ukrayna prezidenti Volodimir Zelenski yeni açıqlama verib. Finlandiyada çıxan “Yle” qəzetinə danışan Zelenski deyib ki, yaxın vaxtlarda başlayacaq əks-hücum, çox güman ki, müharibəni bitirməyəcək: “Ancaq düşünürəm ki, bu, 2014-cü ildən Rusiyanın işğalı altında olan Krım yarımadasını xilas etməyə imkan verəcək. Ordumuz Krımı geri almaq əzmindədir. Əgər Qərb müttəfiqlərimiz tam silah dəstəyi versələr, biz 1991-ci ildə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmağı planlaşdırırıq”.

Ukraynanın planlaşdırdığı əks-hücumla bağlı Rusiyadakı muzdlu “Vaqner” ordusunun rəisi Yevgeni Priqojin də məlumat verib. Priqojin bəyan edib ki, Ukraynanın əməliyyatının mayın 15-dək başlamasını gözləyirlər.

Amerikanın “New York Times” (NYT) nəşri isə həyəcanı artıran xəbər dərc edib. NYT Pentaqon rəsmilərinə istinadən yazıb:

“Rusiyanın Ukrayna müharibəsində taktiki nüvə silahı istifadə etmə ehtimalını nəzərə alaraq, ABŞ Ukraynada nüvə bombasının nə vaxt partladığını təsbit edəcək cihazlar quraşdırmağa başlayıb. Ukraynaya ən kiçik nüvə bombası atılsa belə, dərhal qeydə alınacaq və Rusiyaya cavab veriləcək”, – deyə o yazıb.

 

DAHA ÇOX OXU

export

Murad Dadaşovun bu halı görənləri təəccübləndirdi – FOTO

07/06/2023 20:31
Dünya

İran qaz qovşağı yaradır- Bu ölkələri ətrafına toplayır

07/06/2023 18:30
export

TƏCİLİ: Türkiyədə təyyarə qəzaya uğradı – Yaralılar var – FOTO

07/06/2023 16:51
export

Dünyada yalnız 20 nəfər bunu bacarır – Biri azərbaycanlıdır

07/06/2023 16:25
export

Sevgilisini siçovul zəhəri ilə öldürən kişinin məhkəmədəki çıxışı hakimləri ŞOKA SALDI

07/06/2023 16:21
export

Gənc qızı qayçı ilə girov götürən şəxsi belə zərərsizləşdirdilər – ANBAAN VİDEO

07/06/2023 16:10
SON XƏBƏR

Yağış yağacaq, dolu düşəcək...

Xalq artisti Aftandil İsrafilov dəfn edildi

Sabahdan Azərbaycanda bu qadağa qüvvəyə minir (VİDEO)

Xəbər lenti

Murad Dadaşovun bu halı görənləri təəccübləndirdi – FOTO

07/06/2023 20:31

Əliyev “bomba”nın fitilini çəkdi: Zəngəzurda Kreml-İrəvan savaşı başlayır

07/06/2023 20:22

İran qaz qovşağı yaradır- Bu ölkələri ətrafına toplayır

07/06/2023 18:30

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

07/06/2023 18:15

“Spokoynoy noçi, malışi”nin yaradıcısı vəfat edib

07/06/2023 17:55

Sosial şəbəkədən istifadə edənlərin NƏZƏRİNƏ! – 5 min manat CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

07/06/2023 17:30

Azərbaycanlı Amerikanın ən böyük kibertəhlükəsizlik konfrasında çıxış edəcək

07/06/2023 17:20

İyunun 11-də imtahan olacaq

07/06/2023 17:12

TƏCİLİ: Türkiyədə təyyarə qəzaya uğradı – Yaralılar var – FOTO

07/06/2023 16:51

Dünyada yalnız 20 nəfər bunu bacarır – Biri azərbaycanlıdır

07/06/2023 16:25

Sevgilisini siçovul zəhəri ilə öldürən kişinin məhkəmədəki çıxışı hakimləri ŞOKA SALDI

07/06/2023 16:21

Gənc qızı qayçı ilə girov götürən şəxsi belə zərərsizləşdirdilər – ANBAAN VİDEO

07/06/2023 16:10

Efiopiyalı qadın türk velosipedçini beysbol çubuğu ilə öldürüb cəsədini yandırdı – FOTO

07/06/2023 16:06

2 gənc mühafizəçini öldürdüyü üçün edam edildi – Son sözləri GÜNDƏM OLDU

07/06/2023 15:58

Sosial şəbəkədən istifadə edənlərin NƏZƏRİNƏ! – 5 min manat CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

07/06/2023 15:45

Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi

07/06/2023 15:21

İş adamı HƏBS EDİLDİ

07/06/2023 15:21

Gənc qadının idman zalında başına gələnlər – ANBAAN VİDEO

07/06/2023 15:04

Məşhur mahnıların bəstəkarı vəfat etdi

07/06/2023 14:40

Özlərinə problem yaradan BÜRCLƏR

07/06/2023 14:36

Şimali Kiprin Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib – FOTO

07/06/2023 14:05

Kriştiano Ronaldo bu sahəyə yönəldi -FANATLARI HEYRAN QALDI(VİDEO)

07/06/2023 13:36

Tanınmış şair: “Qəbirdə gecələdim, qorxudan şəkər oldum” – VİDEO

07/06/2023 13:32

Ziya Məmmədovun yaşayış binası sökülür?– VİDEO

07/06/2023 13:27

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.