Xəbər verdiyimiz kimi, yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən sel keçib.
Medianews.az xəbər verir ki, yağan güclü yağışdan sonra sel suları kəndin avtomobil yollarına və təsərrüfata zərər vurub.
Qeyd edək ki, Mingəçevir şəhəri və Şəmkir rayonlarına dolu da düşüb.
Dolu: saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar və Dəliməmmədli qəsəbəsinə 12-13 mm , Erkəç , Gürzallar, Rus Borisi kəndlərinə, saat 15.38-15.51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15.13 radələrində 12 mm olan dolu düşüb.
Məlumat üçün onu da bildirək ki, bu görüntülər Goranboyun Ağcakənd qəsəbəsində lentə alınıb.
Medianews.az