Qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan həmyerlilərini hədələyib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, separatçı rejimin “dövlət naziri” Qarabağ ermənilərindən aldıqları kreditləri ən yaxın zamanda sürətli şəkildə ödəmələrini tələb edib.
Erməni nəşri yazır ki, əks halda separatçı qurumun “investisiya fondu” “məhkəmə”yə müraciət edib pulu “məhkəmə qərarı” ilə geri alacaq. Bu da kömək etməsə, o zaman hüquq-mühafizə orqanlarının əməkdaşları Qarabağ ermənilərindən həmin pulların hara xərclənməsi haqda hesabat tələb edəcək.
Borcların ödənilməsi ilə bağlı tələblər isə separatçı rejimdə hökm sürən gərgin sosial vəziyyəti yumşaltmaq siyasəti kimi təqdim olunur. Tanınmamış “DQR” nümayəndələrinin fikrincə, borcunu “hökumətə” qaytarmayanlar öz “vətən”lərini vecinə almırlar.
“Fond”un məlumatlarına görə, Qarabağ ermənilərinin ödənilməmiş öhdəlikləri 150 milyard dram (389.900 milyon dollar) təşkil edir.