Özbəkistanın paytaxtı Daşkənd şəhərinin 250 milyard dollara satışa çıxarılması ilə bağlı elan verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkə paytaxtını satışa çıxaran 8 – ci sinif şagirdi saxlanılıb.
Qeyd olunub ki, elanı yerləşdirən yeniyetmə paytaxt məktəblərindən birində təhsil alır.
O, elanı zarafatla atasının OLX profili vasitəsilə yerləşdirdiyini bildirib.
“Oxşar elanı başqa şəhərdə də gördüm, onu Daşkəndə uyğunlaşdırıb zarafat kimi qoydum. Mən nə etdiyimi başa düşürəm və peşmanam”, – o deyib.
Məlumata görə, paytaxtın satışı ilə bağlı elan bir neçə dəqiqədən sonra silinib.