Əvvəllər ağrıya-ağrıya əli belində, ikiqat olub yeriyən yaşlılarda müşahidə olunan bel yırtığına günümüzdə gənc nəsildə də bu cür halları müşahidə edirik: El arasında “qrija” dediyimiz fəqərə arası disk yırıtığından gileylənələrin sayı günbəgün artır. Cavanlı-qocalı hamı, çox vaxt itirmədən bu xəstəlikdən qurtarmaq istəyir.
Bu xəstəlikdən qurtulmağın yollarından Medianews.az-a danışan həkim Ramin Qasımov bildirib ki, bu müalicəsi olan bir xəstəlikdir:
“Yırtıq- qarın divarındaki defektdən çıxan, daxili organların dəri altında bir şişkinlik əmələ gətirməsidir. Şişkinlik zaman-zaman yaranır və geriyə qayıdır. Ayağa qalxdıqda, öskürdűkdə, gűcəndikdə şişkinlik ortaya çıxır, arxası üstə uzanınca geriyə qayıdır. Uzanmış vəziyyətdə olduqda şişkinliyin geriyə çəkilmə səbəbi, yırtıq kisəsi içindəki orqanların qarının içinə geri qayıtmasıdır. Qarın divarında şişkinliyi əmələ gətirən daxili orqanlar əsasən bağırsaqlardır. Yırtığın bőyűyən dövrűndə şişkinlik daha da artan bir hal alır və xəstə rahatlanmaq űçűn əli ilə yırtığı içəri itəliyir.
Qarın divarı yırtıqları anadangəlmə olur və ya sonradan yaranmış bir zəif nöqtədən çıxır. Qasıq yırtıqları, göbək yırtıqları ve göbək ətrafı yırtıqlar anadangəlmə olaraq zəif bir nöqtədən çıxan yırtıqlara misaldır. Sonradan yaranan zəif nöqtələr isə, əməliyyat yerləridir. Daha öncə əməliyyat edilmiş yerdə ortaya çıxan yırtıqlara kəsik yeri yırtıqlarına əməliyyatdan sonrakı yırtıqlar deyilir. Bu insanlarda qarın daxili təzyiqi ani olaraq artıran- ağırlıq qaldırma, xronik qəbizlik, öskűrək, gűcənmə, sidik xaricetmə çətinliyi kimi hallar yırtıgın yaranmasına səbəb olur.
Qarın divarı yırtıqlarının təxminən 90 % qasıq yırtıqlarıdır. Əsasən kişilərdə rast gəlinir. Bəzi qasıq yırtıqları doğum sonrası qapanmalı olan qasık kanalının qapanmaması və ya yaşamın gələcək dovrlərində açılması səbəbindən ortaya çıxır. Bəzı qasıq yırtıqları qarın əzələsinin yırtılması ilə ortaya çıxırlar. Göbək yırtıqları göbək çuxuru içindən çıxan yırtıqlardır. Göbək çuxuru da, qasık kanalı kimi, qarın divarının anadangəlmə zəif bölgələrindən birisidir. Göbək yırtıqları daha çox qadınlarda műşahidə edilir. Göbək çevrəsi yırtıqlarına isə nisbətən az rast gəlinir.
Əməliyyat sonrası yırtıqlar daha öncədən əməliyyat olunmuş insanlarda, kəsik yerinin üstündə olur.
Bütün qarın divarı yırtıqlarının műalicəsi cərrahidir.
Bəsit bir műayinə ile hər həkim qarın divarı yırtığını aşkar edə bilir. Göbək ve kəsik yeri yırtıqlarının diaqnozu çox asandır. Xəstələrin özləri belə onlarda yırtıq əmələ gəldiyini anlaya bilirlər. Göbəyin içindən çıxan fındıq böyüklüyündə şişkinlik zaman-zaman ağrı yarada bilir. Əməliyyatdan sonrakı yırtıqlar isə bir műddət sonra kəsik yerinin ûzərində meydana çıxır.
Bəzən bu xəstələrdə qəbizlik műşahidə olunur ki, bu da bağırsaqların yırtıq kisəsi içərisində qalması ilə bağlıdır.
Bəzi insanlarda və əsasən idmanla aktiv məşğul olanlarda şişkinlik olmadan belə qeyd edilən sahələrdə ağrı olur ki, USM vasitəsi ilə ilkin mərhələdə olan yırtığı aşkarlamaq műmkűn olur. Bəzən isə hətta MRT műayinə, diaqnozun qoyulmasında əsas instrumental műayinə kimi istifadə edilir.
Yırtıq riskləri:
Yırtıq műalicə olunmazsa boğulma ilə fəsadlaşa bilər. Boğulma səbəbi, bagırsağın öz ətrafında dönüb yırtıq kanalına sıxılmasıdır. Bu zaman bağırsağın qanla təchizatı məhdudlaşır və gangrenaya səbəb olur ve bəsit bir yırtıq xəstəliyi təcili əməliyyata səbəb olaraq çox ciddi sağlamlıq problemlərinə yol aça bilir. Ayrıca boğulmuş qasıq yırtıgı kişilərdə xayaların da zərər görməsinə səbəb ola bilər”.
Həkim bildirir ki, yırtığın tək műalicəsi cərrahidir:
“Űzərindən korset taxmaq və digər manipulyasiyalar yırtığı sağaltmaz. Cərrah tərəfindən yırtıq ləğv olunmalı, defekt gűvənli plastika edilməlidir”
Medianews.az