“Krımın Ukraynanın nəzarətinə qaytarıldığı zaman uğur qazana biləcəyik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlaması zamanı deyib.
O, ölkəsinin Rusiyaya qarşı əks-hücum planlaşdırdığını bildirib:
“İnanıram ki, bu hücumla Rusiya qüvvələrini dəf edəcək və Krımı Ukraynanın nəzarəti altına ala biləcəyik”.
Zelenski Ukraynanın uğurunun böyük ölçüdə Qərbin davamlı silah tədarükündən asılı olduğunu vurğulayıb:
“Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahların sayı vacibdir”.