BabalaTV-nin qurucusu Oğuzhan Uğur ötən gecə siyasi liderlərin aparıcılıq etdiyi “Mevzular Açıq Mikrofon” proqramının çəkilişindən sonra səhhətində yaranan problem səbəbilə xəstəxanaya aparılıb.
Medianews.az xəbər verir ki, o bu barədə sosial media hesabında etdiyi paylaşımla xəstəxanaya yerləşdirildiyini açıqlayıb .
Musiqiçi paylaşımında belə qeyd edib:
“TİP-in tam qatıldığı MAM-ın 13-cü bölümü 7 saat 10 dəqiqə davam etdi. Şükürlər olsun ki, qəzasız başa vurduq. Sona doğru mənə nəsə oldu, amma nə baş verdiyini hələ bilmirəm. Xəstəxanada müalicəmi davam etdirirəm”.
Medianews.az