Braziliyanın cənubundakı Aracauria şəhərinin meri Hissam Hüseyn Dehaini 16 yaşlı Kauane Rode ilə evlənib.
Medianews.az xəbər verir ki, cütlük aprelin 15-də toy edib.
Hissam Hüseyn Dehaini, 16 yaşı tamam olduqdan dörd gün sonra, aprelin 15-də Kauane Rode ilə evlənib.
6 dəfə evlənən bələdiyyə sədri mərasimdən bir neçə gün əvvəl sonuncu həyat yoldaşının anası Marilen Rodu şəhərin Mədəniyyət və Turizm Naziri təyin etmişdi. Bələdiyyə sədri daha əvvəllər də keçmiş həyat yoldaşlarının qohumlarını vəzifələrə təyin etməklə diqqət çəkmişdi.
Hazırda böyük qalmaqala səbəb olan, 16 yaşlı gözəllik kraliçası ilə ailə quran 65 yaşlı bələdiyyə sədri sərt reaksiyalardan sonra üzv olduğu partiyasından da istefa verib.
Medianews.az