İllər əvvəl şou-biznesdə ən çox danışılan adlardan olan model Loni Uillisonun acınacaqlı halı hər kəsi şoka salıb.
Medianews.az xarici mediaya istinadla bildirir ki, model Loni Uillison bir müddətdir ki, küçədə zibil yığaraq həyata tutunmağa çalışır.
Yoldan keçən vətəndaşların verdiyi pul, əşya və yeməklə həyatına davam edən təqaüdçü model növbəti dəfə zibildən yemək yığarkən görüntülənib.
Belə ki, əlində alış-veriş arabası ilə zibillikdə yemək axtararkən görüntülənən 39 yaşlı təqaüdçü model Loni Uillison yerə düşən yeməkləri yığıb.
Qeyd edək ki, müxbirlərlə söhbət edən Loni Uillison ətrafdakı pis insanlar ucbatından bu hala düşdüyünü bildirib. Bu vəziyyətə düşməsinin səbəbinin onun çılğın Hollivud həyatı və narkotik maddələri olmadığını vurğulayan model, “Məni pis insanlar bu hala saldı” deyib.
Medianews.az