Antalyanın Kəpəz qəsəbəsindəki məscid oğruların hədəfinə çevrilib.
Medianews.az xəbər verir ki, oğrular məscidin içərisindəki səsgücləndiricini gödəkçələrinin arasına gizlədərək oradan uzaqlaşıblar.
Sözügedən hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Oğrluğun baş verdiyinin anlayan məscidin imamı vəziyyəti polisə bildirib. Hadisə yerinə gələn polislər məsciddən barmaq izləri götürüblər. Polis qrupları şübhəli şəxslərin tutulması üçün işlərə başlayıb.
Medianews.az