Nigeriyada dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, Nigeriyanın Taraba əyalətində çobanlarla fermerlər arasında baş verən qarşıdurmada 25 nəfər ölüb.
Nigeriyanın Taraba əyalət polisinin sözçüsü Usman Abdullahi verdiyi açıqlamada, əyalətin Ussa və Takum bölgələrində çobanlar ilə fermerlər arasında insident yaşandığını bildirilib.
Abdullahi qarşıdurmalarda biri əsgər olmaqla 25 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu qeyd edib. Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edən Abdullahi təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
Medianews.az