Bu gün saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndində qətl törədilib.
Medianews.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, kənd ərazisində Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlunun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.
İlkin məlumata görə kəndin otlaq sahəsində 40-50 yaşlarında olan və çoban kimi fəaliyyət göstərən şəxs ov tüfəngi ilə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.