Cümə, 2 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Təranə Quliyeva: “Əlilliyi olan şəxslər özü də etiraf edir ki, …” – MÜSAHİBƏ

XƏYALƏ
27/04/2023 16:01
246
BAXIŞ
FacebookTwitterTelegram

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinin Şağan Reabilitasiya Pansionatında olduq. Mərkəzdə əlilliyi olan şəxslərə, eləcə də 44 günlük Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olduq.


Mərkəzin direktoru Təranə Quliyeva Medianews.az-ın suallarını cavablandırdı.

-Təranə xanım, respublikanın ən böyük realibilitasiya mərkəzi olmaq sizə hansı avantajları bəxş edir?

-Bəli, mərkəzimiz respublikanın ən böyük realibilitasiya mərkəzidir. Burada 250 çarpayılıq yer mövcuddur. Mərkəzimizdə həm post-müharibə dövrünün veteranları, həm də ümumi əlillikləri olan şəxslər müalicə alırlar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, reabilitasiya potensialının dəfələrlə artmasına nail olunub.

Bakı və ölkəmizin regionlarında 14 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin ilk rübündə əlilliyi olan 14 722 şəxsə reabilitasiya xidmətləri göstərilib.

Bu dövrdə Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar və s.) verilib.

İkinci Qarabağ müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində 2722 nəfər müharibə veteranına sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35509 reabilitasiya vasitəsi, I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Agentliyimiz son dövrlərdə cənab Prezidentin reabilitasiya mərkəzlərinə qoyduğu tələbləri həyata keçirərək bütün bərpa mərkəzlərində yalnız fiziki deyil, eyni zamanda psixoloji yardım və digər reabilitasiya prosedurlarını həyata keçirməklə öz üzərinə düşənləri yerinə yetirir. Hazırda mərkəzimizdə 20 nəfər vətən müharibəsi qazisi müalicə alır. Onlar burda yalnız fizioloji prosedurlar deyil, həmçinin psixoloji terapiya və loqoped xidmətindən də yararlanırlar. Asudə vaxtlarını dəyərləndirmək üçün isə qazilərimiz teatr, ipa terapiya, zoo terapiya kimi təlimlərə qatıla bilirlər.

Hər bir əlilliyi olan şəxs il ərzində 4 dəfə bu xidmətdən istifadə etmək hüququna malikdir. Onlar ərazi üzrə TSEK-lərə, yaxud DOST Agentliyinin xidmətlərinə müraciət etməklə rezervasiyalarının vaxtını təyin edib, müvafiq müddət ərzində mərkəzə müraciət edə bilərlər. Ümumiyyətlə, Agentliyimizin 14 realibitasiya mərkəzi və bir ortopedik protez müəssisisi mövcuddur. Ortopedik protez müəssisəsində son nəsil protezlərdən 423 protez 411 nəfərə təqdim edilmişdir. 44 günlük müharibədən sonra bütün realibilitasiya mərkəzlərində cəmi 2700 nəfər əlilliyi olan müharibə veteranı bu xidmətlərdən istifadə etmişdir. Bizim əsas məqsədimiz qazilərimizin yalnız fiziki problemləri həll etməklə məhdudlaşmır. Biz həm də istəyirik ki, onların cəmiyyətə inteqrasiyanı təmin edək. Çalışırıq ki, qazilərimizin beynində qalan mənfi xatirələri və keçirdikləri stresli anları qismən də olsa onlara unutdura bilək.

– Mərkəzə hansı bölgələrdən daha çox müraciət edilir?
– Bu mərkəzə respublikanın bütün bölgələrindən olan şəxslər müraciət edirlər. Hətta Naxçıvandan belə bura gələnlər var. Doğrudur, ən böyük realibilitasiya mərkəzi olmağın öz çətinlikləri var. Lakin Şağan Realibilitasiya Mərkəzi öz ənənəsi olan bir müəssisədir. Ona görə də bizə müraciət edən şəxslər daim buradan razı ayrılırlar. Burada xəstələr 3 dəfə qidalanma ilə təmin olunur. Müxtəlif su prosedurları, müalicəvi bədən tərbiyəsi prosedurları və daha bir çox yeni proseslərdən keçirlər.

– Daha çox hansı problemlərlə bağlı müraciətlər olunur?
– Bura əlilliyə yol açan müxtəlif problemlərdən dolayı müraciət edən şəxslər var. Sadəcə onkoloji və psixi problemi olan xəstələrin müraciəti məhdudlaşdırılmış formada qəbul olunur. Biz onların müraciətini yalnız mütəxəssis rəyi olduğu zaman qəbul edə bilirik.

-Qazilərin zamanlarını səmərəli keçirmək üçün hansı yaradıcı məşğuliyyətlərdən istifadə edirsiniz?
– Qazilərin müalicəsi ilə bərabər, həm də onların bir sıra müxtəlif məşğuliyyətlərə zaman ayırması onlara çox müsbət təsir edir. Beləliklə, bu şəxslər özlərini yad kimi hiss etmirlər. Bura mütəmadi olaraq gələn şəxslər artıq mərkəzi öz evi kimi qəbul edir və sevirlər. Sağlamlıq imkanları məhdud olan şəxslərə baxmağın müəyyən çətinlikləri var. Bu səbəbdən bəzən onların ailələri usansa da, bizim əməkdaşlarımız onlara qayğı göstərməkdən heç zaman yorulmurlar. İşçilərimiz artıq bunu bir vəzifə olaraq qəbul etdikləri üçün xəstələrə böyük bir şəfqətlə yanaşırlar. Hətta çox vaxt özü də etiraf edir ki, bizə heç evimizdə bu qədər qayğı göstərilmir.

Xəyalə Rəis
Medianews.az

DAHA ÇOX OXU

Cəmiyyət

Yaşa görə pensiyanın məbləği ARTIRILIR

02/06/2023 12:26
Dünya

Trump özünü belə müdafiə etdi: “Mən hər şeyi düzgün etmişəm”

02/06/2023 12:05
1-MANŞET

Suni intellektin QORXUNC TƏRƏFİ – İNSAN ÖLDÜRÜR

02/06/2023 11:48
Cəmiyyət

Ramiz Rzayevin rəis qardaşının yerinə TƏYİNAT

02/06/2023 11:33
Dünya

Tanınmış aktrisa izləyicilərinə SƏSLƏNDİ : “EHTİYATLI OLUN”

02/06/2023 11:17
export

“Komedixana”dakı Xəyalənin həyat yoldaşı GÖRÜN KİMDİR – FOTO

02/06/2023 11:07
SON XƏBƏR

Tərtərdə çoban qətlə yetirildi

İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub? - Açıqlama

Azərbaycan XİN-dən Paşinyanın iddialarına CAVAB

Xəbər lenti

Yaşa görə pensiyanın məbləği ARTIRILIR

02/06/2023 12:26

Trump özünü belə müdafiə etdi: “Mən hər şeyi düzgün etmişəm”

02/06/2023 12:05

Suni intellektin QORXUNC TƏRƏFİ – İNSAN ÖLDÜRÜR

02/06/2023 11:48

Ramiz Rzayevin rəis qardaşının yerinə TƏYİNAT

02/06/2023 11:33

Tanınmış aktrisa izləyicilərinə SƏSLƏNDİ : “EHTİYATLI OLUN”

02/06/2023 11:17

“Komedixana”dakı Xəyalənin həyat yoldaşı GÖRÜN KİMDİR – FOTO

02/06/2023 11:07

Qarabağdan ABŞ-a “kəllə atan” separatçılar

02/06/2023 10:57

Rusiya prezidentinə AĞIR İTKİ

02/06/2023 10:47

Kirayə evlər UCUZLAŞIR: Hansı ərazilərdə? – VİDEO

02/06/2023 10:31

Günün ikinci yarısı yağış yağacaq – FAKTİKİ HAVA

02/06/2023 10:19

Etnoqrafik ulduzlar

02/06/2023 10:05

Qadın sürücünün idarə etdiyi avtomobil sürüyə çırpıldı, özü isə… – DƏHŞƏTLİ QƏZA(VİDEO)

02/06/2023 09:57

Nüşabə Musayevanın qızı evlənir – FOTO

02/06/2023 09:40

Xaricdən gətirilən avtomobillərlə bağlı yenilik: Əlavə pul ödəyəcəksiniz

02/06/2023 09:22

Paşinyan 44 günlük müharibə ilə bağlı etiraflar edəcək: “Bilməli olduğunuz vacib şeylər var”

02/06/2023 09:03

Salyanda qandonduran hadisə: QƏBİRLƏRİ QAZIB…

02/06/2023 08:51

Tanınmış futbolçuya 400 milyon avroluq TƏKLİF – FOTO

02/06/2023 08:03

Hansı evlərin kirayə qiyməti ucuzlaşacaq? – VİDEO

02/06/2023 06:48

Bayden yenə yıxıldı – VİDEO

02/06/2023 06:00

Türkiyədə yeni hökumətin tərkibinin açıqlanacağı tarix bəlli oldu

02/06/2023 05:41

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqların yeni raundu iyunun 12-də başlayacaq

02/06/2023 04:33

Kişineuda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilib – FOTO, VİDEO

02/06/2023 04:02

Vilayət Eyvazov məşhur idmançını vəzifəyə təyin etdi

01/06/2023 21:01

Razini döyən sevgilisi HƏBS EDİLDİ

01/06/2023 20:25

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.