Türkiyənin Düzce vilayətində Gülhan Tunç Aksaoğlu borc məsələsinə görə düşmənçilik etdiyi tanışının mağazasına ov tüfəngi ilə atəş açıb.
Medianews.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, Aksaoğlu nəzarətə götürülüb.
Gülhan Tunç Aksaoğlu spirtli içki qəbul etdikdən sonra evindəki silahı götürərək borc məsələsinə görə adı hələlik açıqlanmayan şəxsin avtomobil kirayəsi mağazasına gedib.
Qadın ov tüfəngi ilə mağazaya 3 dəfə atəş açıb. Hadisəni görənlər vəziyyəti polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları qadını nəzarətə götürüb. Qadının iş yerinə atəş açdığı anlar təhlükəsizlik kamerasına əks olunub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az