Salyan Rayon Mərkəzi xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov öd kisəsinin polipi xəstəliyi haqqında Medianews.az-ın suallarını cavablandırıb:
Öd kisəsinin polipi nə deməkdir?
– Öd kisəsinin polipləri, öd kisəsinin xoş xassəli törəmələridir.
Öd kisəsində poliplərin aşkarlanma tezliyi nə qədərdir?
– Aşkarlanma tezliyi 1-5% dir. Adətən űmumi műayinə və ya ultrasonoqrafiya zamanı təsadűfi olaraq aşkarlanır.
– Öd kisəsi polipləri hamısı eynidirmi?
– Xeyr, öd kisəsi poliplərinin 5 nővű vardır:
Xolesterol polipləri: Öd kisəsi poliplərinin % 60 nı təşkil edir. Birdən çox ve ortalama 2-10 mm arasında böyüklükdə olurlar. Öd yolu tıxanması ve ya pankreatit xəstəliyinə səbəb ola bilirler.
Adenomiomlar: Öd kisəsi poliplərinin
25 % ni təşkil edir ve 10-20 mm böyüklükdə olurlar.
İltihabi poliplər: Öd kisəsi poliplərinin 10% ni təşkil edir ve 5-10 mm arasında böyüklükdə olurlar.
Öd kisəsi adenomaları: Öd kisəsi poliplərinin 4%-ni təşkil edir.
Öd kisəsi kanserləri( xərcəngi): Öd kisəsi poliplərinin 1% ni təşkil edir.
Öd kisəsi polipləri műayinədə nə ilə səhv salına bilər?
– Öd kisəsi polipləri ultrasonografiyada kisə palçığı, öd kisəsi daşı və öd kisəsi xərçəngi ilə səhv salına bilər.
Öd kisəsi poliplərindən xərçəng əmələ gələ bilərmi?
– Bəli, əmələ gələ bilər. Öd kisəsi xərçənginin sıxlığı 5-6% arasında aşkarlanır.
Öd kisəsi poliplərinin műalicəsi necədir?
– Öd kisəsi polipinin ölçűsűnűn 10 mm dən böyűk olması və eləcə də sayının bir necə ədəd olması cərrahi əməliyyatla műalicəyə göstərişdir. Cərrahi əməliyyat olunmadıqda, riski nəzərə alaraq, hər 6 aydan bir USM vasitəsi ilə polipin ölçűsű kontrolda saxlanılmalıdır.
Öd kisəsi əməliyyatı necə olunur?
– Öd kisəsinin çıxarılması( xolesistektomiya)-
laparoskopik(qapalı) və açıq űsulla yerinə yetirilir. Bəzən qarın boşlugunda òncədən kecirilmiş hansısa əməliyyatlar və xəstəliklərlə baglı qarşılaşan cərrah, bitişmələr, kəskin iltihabi hallarla baglı 1-5% hallarda laparoskopik əməliyyatı açıq əməliyyata keçirə bilir.
Öd kisəsi polipi əməliyyatında yalnız polip mi çıxarılır?
– Xeyr, öd kisəsi polipi əməliyyatında yalnız polipi çıxarmaq kimi texnika mövcud deyildir. Öd kisəsi tam çıxarılır.
Medianews.az