Pucca ləqəbli türkiyəli fenomen və yazıçı Selen Pınarın 6 yaşlı oğlu Batı 3-cü mərtəbədən yıxılıb.
Medianews.az xəbər verir ki, Selen Pınar bədənindəki sınıqlar səbəbindən əməliyyat olunan oğlunun son durumu ilə bağlı məlumat paylaşıb.
“Bir gündə ömrümdən 25 il getdi. Şüuru yerindədir, qollarında sınıqlar var, dünən əməliyyat olundu. Sınıqların vəziyyəti bir az ağırdır, amma keçəcək.Bir müddət xəstəxanada qalacağıq”,-deyə S.Pınar bildirib.
Selen Pınarın həyat yoldaşı Serhat Osman Karagöz də Instagram hesabından açıqlama verib,
“Bütün dostlarıma və yazan hər kəsə təşəkkür edirəm”,-deyə Serhat Osman Karagöz bildirib.
Medianews.az