Rusiya işğalının davam etdiyi Ukraynada jurnalistlərin hədəfi davam edir .
Medianews.az xəbər verir ki, İtaliyanın “La Repubblica” qəzetində çalışan jurnalist Boqdan Bitik Xerson vilayətində snayperlərçilər tərəfindən hədəfə alınıb.
Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında baş verən hücumda Boqdanp Bitik öldürülüb, La Repubblica-nın müxbiri Korrado Zunino isə yaralanıb. Xersonda xəstəxanaya yerləşdirilən Zuninonun müalicəsi davam edir.
“Hər ikisi üzərində “Mətbuat” yazılmış gülləkeçirməz jiletlər olub”, – qəzet açıqlamasında bildirib. Ərazidə döyüşlər aktiv olduğundan Bitikin cəsədini çıxarmaq mümkün olmayıb.
İtaliya mətbuatına açıqlama verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bitikin ölümündə rusların məsuliyyət daşıdığını bildirib. “Ruslar sizin rus, italyan və ya ukraynalı olmağınıza əhəmiyyət vermir, onlar sadəcə atəş açır”, – Kuleba deyib.
Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilatı Rusiyanın 24 fevral 2022-ci ildə işğala başladığı gündən bu günə qədər Ukraynada 8 jurnalistin öldürüldüyünü, 19 jurnalistin yaralandığını açıqlayıb.
Medianews.az