Kahramanmaraşda baş verən zəlzələdə həyat yoldaşı və iki uşağını itirən ata sağ qalan 12 yaşlı qızını tapança ilə vuraraq intihar edib.
Medianews.az xəbər verir ki, müəllim işləyən ata kiçik qızının başından silahla atəş açıb. Hadisə yerinə həkim və polis sövq edilib. 12 yaşlı qız ilk müdaxilədən sonra xəstəxanaya aparılıb.
Zəlzələdən sonra depressiyaya düşən və eyni zamanda psixososial dəstək alan atanın cənazəsi isə müayinələrdən sonra Morqa aparılıb.
Faktla bağlı araşdırmalar davam edir.