“Ərdoğan seçkilərdə məğlub olarsa, yeni prezident Rusiya və Qərb arasında seçim etməli olacaq”.
Medianews.az xəbər verir ki, bunu Lente.ru saytına müsahibəsində politoloq Dmitri Levi deyib .
O, bildirib ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında keçiriləcək prezident seçkilərində qalib gələ bilməsə, onun yerinə Rusiyadan daha çox Qərblə əməkdaşlığa meylli lider gələ bilər:
“Ərdoğan təbii olaraq Türkiyənin maraqlarından çıxış edərək Rusiya və Qərblə əməkdaşlıq arasında balans tapmaq kimi kifayət qədər praqmatik mövqe tutur”, – ekspert bildirib.
Nəşrin həmsöhbəti əlavə edib ki, Ərdoğan beynəlxalq münasibətlərin təhlilinə sistemli yanaşma nöqteyi-nəzərindən hamıya uyğun gələn statik və proqnozlaşdırıla bilən bir şəxsdir.
Lakin onun mümkün varisi, politoloq hesab edir ki, özü ilə dəyişikliklər gətirməli olacaq, bu isə o deməkdir ki, Rusiya və Qərb arasında seçim etməli olacaq.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərinin 2023-cü il mayın 14-də keçirilməsi planlaşdırılır.
Dövlətin ən yüksək postu uğrunda Ərdoğandan başqa müxalifət Xalq Birliyinin namizədi Kamal Kılıçdaroğlu, Memləket partiyasının lideri Məhərrəm İncə və Ata ittifaqının namizədi Sinan Oğan mübarizə aparacaq.
Medianews.az