Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonla Laçın dəhlizini və Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Medianews.az TASS -a istinadən bildirir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bu barədə məlumat verib.
“Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı olub. Laçın dəhlizi və Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə edilib”, – məlumatda deyilir.
Medianews.az