Türkiyənin Çorum vilayətində dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, idarəetmədən çıxan motosiklet yük avtomobilinin altında qalıb.
Hadisə nəticəsində motosiklet sürücüsü həyatını itirib. Dəhşətli qəza anı təhlükəsizlik kamerasına düşüb.
Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görərkən, Adnan Halata ilk müdaxiləni təcili yardım edib.
Bütün müdaxilələrə baxmayaraq həmin şəxsin həyatını xilas etmək olmayıb. Qeyd edək ki, ölən şəxsin 64 yaşı olduğu bildirilib.
Medianews.az