Hadisə məşhur aparıcıları məhkəməyə verib.
Medianews.az xəbər verir ki,müğənni Hadisə ilə Rza Zərrab arasında olduğu iddia edilən münasibətlə bağlı səsləndirdiyi fikirlərə görə, verilişin aparıcıları Seren Serengil, Bircan Bali və Arto kimi tanınan Harutyan Dalğa haqqında istintaq başladılıb.
Proqramlardan birinə açıqlama verən müğənni Serengil, Bali və Artonun onu rüsvay etmək üçün davamlı olaraq pis şərhlər söylədiklərindən və şərhlərinin təhqiramiz olduğundan şikayətlənib.
İstanbul Respublika Prokurorluğu tərəfindən 3 şübhəli haqqında ayrı-ayrılıqda aparılan istintaqlar tamamlanıb.
İstintaq çərçivəsində ifadəsi alınan Seren Serengil, Hadisə Rza Zərrabla bağlı ilk xəbərin çıxmasından sonra bu xəbərlərin doğruluğunu təsdiqləmək üçün Rza Zərrab və Hadisədən bir hesabdan mesajlar aldığını bildirib.
İfadələri alınan Bircan Bali və Arto mövzuya münasibət bildirdiklərini və birbaşa Hadisəni hədəf almadıqlarını, verilişdə səsləndirdikləri sözlərin tənqid dairəsində olduğunu iddia edərək ittihamları rədd ediblər.
Verilişdə bir iddia ilə bağlı dəfələrlə sərt fikirlər səsləndirdiyi iddia edilən Seren Serengil “səs və görüntü ilə təhqir etmək” ittihamı ilə 5 aydan 4 il 8 aya qədər həbs cəzası alıb.
Bircan Bali və Arto üçün 3 il 6 ay.
Şübhəlilər yaxın günlərdə İstanbul Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.
Medianews.az