Kütahyada bir şəxs göbələk toplamaq üçün getdiyi meşəlik ərazidə yerə basdırılmış saxta pul torbası tapıb.
Medianews.az xəbər verir ki, göbələk toplamaq üçün 100 İl məhəlləsi yaxınlığındakı meşəlik əraziyə gedən A.D., torpağı qazarkən bir torba pulun basdırıldığını görəndə vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib.
Bölgəyə gedən polislər, torpağa basdırılmış torbanın içərisində 31 200 lirə və 33 100 lirə əskinas daxil olmaqla, 9500 lirə və 1 ədəd saxta pul aşkar edən cihaz olduğunu müəyyən edib.
Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparılan pulların saxta olduğu müəyyən edilib.
Fərid Abbas
Medianews.az