Şənbə, 3 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bakıda Olimpiya çempionu sevgilisinin həyat yoldaşını döyüb

LEYLA
26/04/2023 15:21
123
BAXIŞ
FacebookTwitterTelegram

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Medianews.az Trend-ə istinadən bildirir ki, hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Elman Muxtarov bildirib ki, üzərində heç bir bıçaq olmayıb və heç kimdən pul tələb etməyib:

“Mən zərərçəkmişə sadəcə bir şillə vurmuşam”.

Daha sonra iş üzrə yeganə şahid olan zərərçəkmişin arvadı Günay Əliyeva dindirilib. O, təqsirləndirilən şəxsin xeyrinə ifadə verib: “Ərimlə yaşamağıma səbəb uşaqlarımı əlimdən alması qorxusu olub. Bu səbəbdən evdən çıxmırdım. Elman orda heç kimə bıçaq çıxarmayıb və pul tələb etməyib. Ərim mənə hədə-qorxu gəldi ki, əgər polisdə onun istədiyi kimi izahat verməsəm, valideynlərimə hər şeyi deyəcək və uşaqlarımı əlimdən alacaq. Mən də məcbur qalıb Elmanın əleyhinə ifadə verməli oldum. Sonradan ərim hər şeyi valideynlərimə açıb danışdı və artıq onlar hər şeyi bilirlər. Ona görə də heç nədən qorxmuram və bu gün məhkəmədə həqiqəti danışıram”.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttiham aktına görə, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın həyat yoldaşının üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da zərərçəkmişin oğlunu yaşadığı binanın qarşısında izləyib.

İttiham aktına görə, evə basqın edən idmançı zərərçəkmişə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkanı seçilib.

Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

DAHA ÇOX OXU

Dünya

Azərbaycanəsilli aktyorun evindən çıxarılmasına QƏRAR VERİLDİ

03/06/2023 15:20
export

Qaçırılan qız intihara cəhd etdi

03/06/2023 15:00
export

Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi

03/06/2023 14:44
Cəmiyyət

Emin Əmrullayev valideynlərə çağırış edib

03/06/2023 14:29
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

03/06/2023 14:14
1-MANŞET

Kəmaləddin Heydərov qərar imzaladı

03/06/2023 13:41
SON XƏBƏR

Göbələk axtarmağa getmişdi - Külli miqdarda pul tapdı

Gəncə xəstəxanasındakı yanğında xəsarət alanların sayı AÇIQLANIB

“İlkinin paylaşımı mənim üçün gözlənilməz oldu” - VİDEO

Xəbər lenti

Azərbaycanəsilli aktyorun evindən çıxarılmasına QƏRAR VERİLDİ

03/06/2023 15:20

Qaçırılan qız intihara cəhd etdi

03/06/2023 15:00

Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv etdi

03/06/2023 14:44

Emin Əmrullayev valideynlərə çağırış edib

03/06/2023 14:29

Bazar gününə olan hava proqnozu açıqlanıb

03/06/2023 14:14

Kəmaləddin Heydərov qərar imzaladı

03/06/2023 13:41

Pərvin Abıyevanı hansı cəza GÖZLƏYİR?

03/06/2023 13:28

Şuşaya avtobus reysləri artırılır? – AÇIQLAMA

03/06/2023 13:14

Məmur arvadını və ustanı öldürən kişidən xəbər var

03/06/2023 12:52

Sürücülərin DİQQƏTİNƏ – iyunun 4-ü saat 9-dan 15:00-dək…

03/06/2023 12:36

Seymur Talıbov yenidən ortaya çıxdı (FOTO)

03/06/2023 12:19

Azərbaycanda ərzaq məhsullarının qiyməti ucuzlaşa bilər

03/06/2023 12:05

Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı

03/06/2023 11:51

“Yaxın zamanda maskaları düşəcək” – Rəşad Dağlının ailəsindən iddialı AÇIQLAMA

03/06/2023 11:39

Özbaşına fərdi ev tikənlər bu qədər – CƏRİMƏLƏNƏCƏK

03/06/2023 11:26

“TikTok”da videoları ilə gündəmə düşən gənc qəzada vəfat etdi

03/06/2023 11:13

Yetirmişli Azərbaycanda güclü zəlzələ proqnozlaşdıran Şengörə qəzəbləndi: “Boğazından yapışıb soruşaq ki…”

03/06/2023 11:00

Hindistanda faciəvi qəza: 288 nəfər öldü – Matəm elan olundu

03/06/2023 10:47

Yeni yaradılan buz meydançasının xərclərini Gənclər və İdman Nazirliyi ödəyəcək – ÖZƏL

03/06/2023 10:40

Bakıda sərnişin avtobusda öldü

03/06/2023 10:35

Yeni işindən 2.5 milyon qazanacaq

03/06/2023 10:23

“Məni ölümünə döyürdü, bıçaqla işgəncə verirdi”

03/06/2023 10:10

Bu Təhsil İdarəsinin rəisinə cinayət işi açıldı

03/06/2023 09:57

Zəngəzur dəhlizi ilə bağlı konkret anlaşma əldə olundu – Rusiya AÇIQLADI

03/06/2023 09:46

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.