Azərbaycanda avtomobillərin kasko sığortasına son vaxtlar maraq artıb.
Medianews.az xəbər verir ki, bununla sürücülər özlərini təhlükə və qəzalardan sığortalayır.
Amma bu sığorta növü könüllü məhsul hesab olunduğundan onun maddələri qarşılıqlı razılaşma əsasında müəyyən edilməlidir.
Sığortalanma zamanı avtomobilin ilindən asılı olaraq sığorta haqqı müəyyən olunur. Həmçinin nəqliyyat vasitəsinə 70 faizdən çox ziyan dəyirsə, avtomobilin bazar dəyəri sığortalıya tam ödənilir.
Ətraflı videomaterialda izləyə bilərsiniz: